“ASAN xidmət” UNESCAP sessiyasında diqqət mərkəzində
Məqsəd dövlət xidmətlərinin göstərilməsi sahəsində vətəndaş iştirakı, əlçatanlıq və inklüzivlik əsasında qabaqcıl təcrübə və əldə olunmuş nəticələri paylaşmaq, eləcə də müvafiq sahələr üzrə yeni yanaşmalar barədə fikir mübadiləsi aparmaq olub.
Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev tədbirdə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən işlər barədə onlayn formada geniş təqdimat edib.
Tədbir çərçivəsində “DOST” Agentliyinin nümayəndəsi ölkəmizin “DOST” konsepsiyası barədə geniş təqdimat edib. Eləcə də Çin Xalq Respublikasının, Türkiyə Respublikasının, Tayland Krallığının və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının aidiyyəti üzrə fəaliyyət göstərən nümayəndələri müvafiq sahə üzrə həyata keçirilən layihələr barədə çıxış ediblər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


