Hövsanın bəzi hissələrində işıq olmayacaq

Hövsanın bəzi hissələrində işıq olmayacaq
  24 Aprel 2026    Oxunub:2182
Aprelin 24-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyadan Transformator Məntəqəsinədək iməclik işləri aparılacaq.

"Azərişıq"dan verilən məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Hövsan qəsəbəsi Bağlar yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, təmir işləri yekunlaşdıqdan sonra yaşayış ərazisi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


Teqlər:



Xəbər lenti