Trampın iştirak etdiyi tədbirdə atışma törədənin kimliyi məlum olub

Trampın iştirak etdiyi tədbirdə atışma törədənin kimliyi məlum olub
  26 Aprel 2026    Oxunub:2077
ABŞ prezidenti Donald Trampın da iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən atışmanı 31 yaşlı Kaliforniya sakini Koul Tomas Allen törədib.
Bu barədə "New York Post" qəzetinin jurnalisti Kerol Markoviç "X" sosial şəbəkəsində yazıb.

"Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atəş açmağa cəhd edən şəxs Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allendir və hazırda həbsdədir", - deyə o bildirib.


Teqlər:



Xəbər lenti