
İclasda sədrin seçilməsi, gündəliyin təsdiqi və işçi mexanizmlərin müəyyənləşdirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
İclasın gündəliyinə uyğun olaraq İƏT Turizm Nazirlərinin 7-ci görüşünə hazırlıq məsələləri, 6-cı görüşdə qəbul edilmiş qərarların icra vəziyyəti, təsdiq üçün təqdim olunan sənədlər, eləcə də 2030-cu il üzrə İƏT turizm paytaxtının müəyyənləşdirilməsi məsələləri nəzərdən keçirilib.

Eyni zamanda, Turizm Nazirlərinin 7-ci görüşü çərçivəsində qəbul olunması nəzərdə tutulan “Şuşa Bəyannaməsi”nin layihəsi üzrə müzakirələr aparılıb və sənədin məzmunu ilə bağlı təkliflər irəli sürülüb.
Turizm üzrə yüksək səviyyəli ekspertlər qrupunun 9-cu iclasının nəticələri aprelin 29-da keçiriləcək Turizm Nazirlərinin 7-ci iclasının gündəliyinə təqdim olunacaq.

Qeyd edək ki, 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilib.
Turizm tədbirləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi” ilə bağlı Tədbirlər Planından irəli gələn fəaliyyətlər çərçivəsində təşkil olunur.











Vaxtında, Aydın, Lazımlı!


