WUF13 çərçivəsində media mərkəzi yaradılacaq
Onun sözlərinə görə, WUF13-ə hazırda qeydiyyat davam edir:
"800-dən artıq yerli və xarici media nümayəndələri akkreditasiya üçün müraciət edib. Media nümayəndələri üçün tədbir məkanında hər cür şərait yaradılacaq. Jurnalistlər üçün media mərkəzi yaradılacaq".
Eldar Rəsulov vurğulayıb ki, tədbir zamanı 40 əsas sessiya baş tutacaq:
"Sessiyalarda ölkələr şəhərsalma sahəsində təcrübələrini bölüşəcək".
O qeyd edib ki, son 10-12 ildə Azərbaycanın ev sahibliyi etdiyi tədbirlər çərçivəsində institusional baza formalaşıb.
Eldar Rəsulov həmçinin qeyd edib ki, tədbir zamanı nəqliyyatın doğru və təhlükəsiz axını üçün hazırda şəhərdə monitorinqlər aparılır:
"Bakının bir sıra prospekt və küçələrində tənzimləmələr həyata keçirilir".
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


