Çində pirotexnika zavodunda partlayış: çox sayda ölən var

Çində pirotexnika zavodunda partlayış: çox sayda ölən var
  05 May 2026    Oxunub:2287
Çində pirotexnika məhsulları istehsal edən zavodda baş verən partlayış nəticəsində 20-dən çox insan həlak olub.
AzVision.az bu barədə Xinhua agentliyinə istinadla məlumat verir.

Agentliyin məlumatına görə, partlayış nəticəsində 21 nəfər ölüb, daha 61 nəfər isə xəsarət alıb. Hadisə Çinin Hunan əyalətində yerləşən pirotexnika istehsalı müəssisəsində mayın 4-də yerli vaxtla saat 16:43-də (Bakı vaxtı ilə 12:43) baş verib. Hadisə yerinə təxminən 500 xilasedici cəlb olunub.

Çin Xalq Respublikasının sədri Si Cinpin itkin düşmüş şəxslərin axtarışı və yaralıların xilas edilməsi üçün bütün səylərin səfərbər olunmasına çağırıb. O, həmçinin qəzanın nəticələrinin operativ şəkildə aradan qaldırılmasını və hadisənin tezliklə araşdırılmasını tapşırıb, bildirib ki, günahkarların məsuliyyətə cəlb olunmalıdır.

Hazırda partlayışın səbəbləri araşdırılır. Bununla yanaşı, şirkət rəhbərliyi barəsində artıq “nəzarət tədbirləri” görülüb.

Röya Əliyeva
AzVision.az



Teqlər:



Xəbər lenti