Türkiyədən Obamaya sərt bəyanat

Türkiyədən Obamaya sərt bəyanat
  25 Aprel 2013    Oxunub:1076
Türkiyənin Xarici İşlər Nazirliyi, ABŞ prezidenti Barak Obamanın dünənki müraciətində işlətdiyi ifadəni təəssüflə qarşılayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlik bununla bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Tarixi həqiqətləri təhrif edən bu çıxışı hər baxımdan düzgün qiymətləndirmir və təəssüflə qarşılayırıq. Mübahisəli tarixi hadisələrə aid bu cür açıqlamalar Türkiyə-Amerika əlaqələrinə böyük zərbə vurur, türklərlə ermənilərin yaddaşlarında yalnış izlər qoyur.

ABŞ kimi mühüm bir müttəfiqimizdən gözlədiyimiz, problemi daha da dərinləşdirmək deyil, həll olunması istiqamətində təkliflər verməsi, mövzunun tərəfsiz və elmi şəkildə araşdırılmasından qaçan erməni tərəfini həqiqətləri görməyə və razılığa gəlməyə cəsarətlənməsidir.

Birinci Dünya Müharibəsi ərəfəsində yaşanan ağrılı hadisələrin ortaq olduğunu və ermənilər kimi türk xalqının da bununla bağlı acı xatirələri olduğu deyilən bəyanatda, Türkiyə tarixin təhrif olunmasına çalışan qərəzli müdaxilələrə baxmayaraq, həqiqətin bütün istiqamətləriylə araşdırılmasını istəyir.

Xatırladaq ki, ABŞ prezidenti 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələrlə bağlı hər il aprelin 24-də verdiyi ənənəvi açıqlamada yenə “soyqırım” ifadəsini işlətməyib. O, yenə də böyük fəlakət sözündən istifadə edib.

Mirvari



Teqlər:  





Xəbər lenti