İnsanın 50 ildə məhv etdikləri

İnsanın 50 ildə məhv etdikləri
  25 Aprel 2013    Oxunub:2170
Son 50 ildə insanlıq təbiətlə əsl müharibə aparır. Artıq insanın etdikləri ekoloji fəlakət meydana gətirmək həddinə çatıb. Belə ki, son zamanlar dünyada su və qida resursları azalmağa doğru gedir. Son 50 ildə insanlar təbiətdə bunları məhv ediblər:
1) İri balıq növlərinin 90 faizini. Okeanlarda balıq tutmaq üçün yararlı olan ərazilərin 22 faiz tamamilə yararsız hala gətirilib, 44 faiz ərazi isə hazırda böyük təhlükə altındadır.

2) İnsanlar son 50 ildə meşə ehtiyatlarının 70 faizini məhv ediblər. Bundan əlavə, hazırda meşə resurslarının 30 faizi məhv olmaq təhlükəsilə üz- üzədir.

3) Hər İl 45 mindən çox gölə 100 min tona qədər kimyəvi maddələr axıdılır ki, bu kimyəvi maddələr də özlüyündə 70 minə qədər zərərli hissələr daşıyır. Bu zərərli elementlərə hər il 1000 növ yeni zərərli maddələr əlavə olunmaqdadır.

4) Son 50 ildə insanlar quşların dörddə bir hissəsinin məhv olmasına səbəb olublar. Quşların 18 faizi isə hazırda məhv olmaq həddindədirlər.

5) Dəniz və okeanlarda olan mərcan adaları hazırda böyük təhlükə altındadırlar. Bu ərazilər balıqların tükənməsi, suyun çirklənməsi və qlobal istiləşmədən əziyyət çəkməkdədirlər.

Dünyada insanlar üçün lazımlı olan resursların 30 faizi artıq tükədilib. Bununla yanaşı, dünyada insanların sayı durmadan artmaqdadır.

Bunlar hələ bizim görə bildiklərimizdir. Görə bilmədiklərimiz isə daha dəhşətlidir.

Xəyal Əzizov


Teqlər:





Xəbər lenti