İranın 5 şərti var

İranın 5 şərti var
  13 May 2026    Oxunub:2238
Tehran ABŞ-la danışıqlara başlamaq üçün beş əsas şərt irəli sürüb.
AzVision.az bu barədə İranın “Fars” agentliyinə istinadən xəbər verir.

Bu şərtlər yerinə yetirilmədən tərəflər arasında dialoqun mümkün olmadığı bildirilir.

İranın tələbləri bunlardır:

1. ABŞ sanksiyalarının ləğvi;

2.Yaxın Şərqdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılması;

3. Dondurulmuş İran aktivlərinin azad edilməsi;

4. ABŞ və İsrailin zərbələri nəticəsində dəymiş ziyanın kompensasiyası;

5. İranın Hörmüz boğazı üzərində suveren hüququnun tanınması.

Məlumata görə, bu şərtlər tərəflər arasında “minimum etimad mühitinin” formalaşdırılması üçün zəruri hesab olunur.

M. Həsənli


Teqlər:



Xəbər lenti