Tramp və Cinpinin görüşü başlayıb

Tramp və Cinpinin görüşü başlayıb
  14 May 2026    Oxunub:1903
Çində ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında görüş başlayıb.
AzVision.az -ın məlumatına görə, rəsmi qarşılama mərasimində əvvəlcə ev sahibi Pekinin mərkəzindəki Böyük Xalq Zalının qarşısında Prezident Trampı salamlayıb. Daha sonra iki lider dövlət himnlərinin müşayiəti altında fəxri qarovul dəstəsinin yanından keçib. Tramp dövlət rəsmiləri və ABŞ şirkətlərinin vəzifəli şəxslərindən ibarət nümayəndə heyətini Cinpinə təqdim edib.

Daha sonra tərəflər görüş üçün Böyük Xalq Zalına yollanıblar.

Trampın 15 maya qədər davam edəcək səfərinin məqsədi ticarət, iqtisadi əməkdaşlıq və digər əsas ikitərəfli məsələlər üzrə fikir ayrılıqlarını aradan qaldırmaq, eləcə də ABŞ-İran münaqişəsi də daxil olmaqla qlobal məsələlər üzrə mövqeləri əlaqələndirməkdir.

Görüşdə müzakirələrin əsasən ticarət və investisiya istiqamətində olacağı, eyni zamanda, Yaxın Şərqdəki və Tayvanla bağlı vəziyyətin müzakirə ediləcəyi gözlənilir.



Teqlər:



Xəbər lenti