İlahiyyat İnstitutunda “Ailə dəyərləri” mövzusunda açıq dərs keçirilib
Açıq dərsin keçirilməsində məqsəd milli ailə dəyərlərinin təşviqi, mənəvi dəyərlərə hörmət hissinin aşılanması, gənc nəslin gələcəkdə sağlam təməllər üzərində ailə qurmağa hazırlanması istiqamətində maarifləndirmə fəaliyyətinin gücləndirilməsi və ailə institutunun qorunmasında gənclərin rolunun artırılmasıdır.
Açıq dərsdə ali təhsil müəssisəsinin İslamşünaslıq ixtisasının I kurs tələbəsi Rizvan İbrahimli “Ailə: milli-mənəvi kimliyin formalaşdığı ilk məktəb”, Dinşünaslıq ixtisasının III kurs tələbəsi Natavan Həbibova “Ana: dəyərlərin ilk müəllimi və cəmiyyətin görünməyən memarı”, İslamşünaslıq ixtisasının II kurs tələbəsi Fatimə İsrafilova “Ata modeli: məsuliyyət, liderlik və mənəvi nümunə”, Dinşünaslıq ixtisasının III kurs tələbəsi Seyidəli Rzazadə “Ekranlar arasında itən ünsiyyət: rəqəmsal dövrdə ailə necə qorunur?” mövzularında təqdimatlarla çıxış ediblər.
Tədbirdə təqdimatlarla çıxış edən tələbələrə təşəkkürnamələr təqdim olunub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


