“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Üç mərhələdən ibarət olan müsabiqənin birinci turu 28 may tarixində onlayn formatda keçiriləcək. Növbəti mərhələlərdə yüksək nəticə göstərən iştirakçılar beynəlxalq informatika olimpiadalarına hazırlıq proqramlarına dəvət olunacaqlar.
“Azercell CUP” layihəsi ölkədə rəqəmsal bacarıqların inkişafına, gənclərin İT və innovasiya sahəsinə marağının artırılmasına, eləcə də gələcək texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verməyi hədəfləyir.
Teqlər: Azercell







Vaxtında, Aydın, Lazımlı!


