İran hərbi sənayesini sürətə bərpa edir - CNN

İran hərbi sənayesini sürətə bərpa edir -    CNN
  21 May 2026    Oxunub:2418
İran hərbi-sənaye bazasını ABŞ-nin gözlədiyindən daha tez bərpa edir və artıq yenidən dron istehsalına başlayıb.
Bu barədə CNN telekanalı ABŞ kəşfiyyat məlumatlarına istinadla məlumat yayıb. Məlumata görə, Tehran aprelin əvvəlində qüvvəyə minən atəşkəs dövründə istehsalat gücünün bir hissəsini bərpa etməyə nail olub.

Ekspertlərin sözlərinə görə, İran ABŞ və İsrailin zərbələri nəticəsində zərər dəyən raket sistemlərinin, buraxılış qurğularının və əsas silahlarının istehsal həcmini gözləniləndən xeyli sürətlə bərpa edir. ABŞ kəşfiyyat orqanları İranın hücum dronlarının istehsalını altı ay ərzində tam bərpa edə biləcəyindən ehtiyatlanır.


Teqlər: İran  



Xəbər lenti