Azercell beynəlxalq sertifikata layiq görülüb
Azercell-in İnsan Kapitalı üzrə baş direktoru Dilarə Hüseynova bildirib ki, insan kapitalının inkişafı şirkətin uzunmüddətli strateji prioritetləri sırasında xüsusi yer tutur: “Ölkənin ən arzuolunan iş yerlərindən biri olmaq Azercell-in əsas strateji hədəflərindəndir. Biz inklüziv və dəstəkləyici iş mühitinin formalaşdırılmasına, gender bərabərliyinin təşviqinə və əməkdaşlarımızın peşəkar inkişafına davamlı şəkildə investisiya yatırırıq. Ötən il bu istiqamətdə beynəlxalq tərəfdaşlıqlarımız daha da genişlənib. IE Business School, FranklinCovey kimi nüfuzlu institutlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən liderlik və etik idarəetmə proqramları şirkətdə məsuliyyətli liderlik yanaşmasının və davamlı öyrənmə mədəniyyətinin daha da güclənməsinə töhfə verib. Əməkdaşlarımızın Azercell-i artıq ikinci dəfə “Əla İş Yeri” kimi qiymətləndirməsi bizim üçün ən dəyərli göstəricidir”.
Qeyd edək ki, “Great Place to Work®” iş mühiti, korporativ etimad, liderlik yanaşması və əməkdaş məmnuniyyəti sahəsində dünyanın ən nüfuzlu qiymətləndirmə platformalarından biri hesab olunur.
Teqlər: Azercell







Vaxtında, Aydın, Lazımlı!


