A-98 markalı benzin yaşıl rəngdə olacaq

A-98 markalı benzin yaşıl rəngdə olacaq
  25 Aprel 2013    Oxunub:1316
ARDNŞ benzin istehlakçılarının hüquqlarının qorunmasını diqqət mərkəzində saxlayır.
ARDNŞ-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, son vaxtlar kütləvi informasiya vasitələrində ARSDNŞ-nin emal kompleksində istehsal olunan benzinlərə maraq xüsusilə artıb. Lakin benzin markalarının fərqləndirilməsi məqsədi ilə onların rəngə boyadılması haqda açıqlamalar bəzən ictimaiyyətə təhrif olunmuş şəkildə çatdırılır. Bunu nəzərə alaraq, ARDNŞ bir daha bildirir ki, 2013-cü ilin yanvar ayından istehlakçıların hüquqlarının qorunması məqsədi ilə A-92 və A-95 markalı benzinlərin fərqləndirilməsi üçün A-92 növlü avtomobil benzininin qırmızı rəngə boyadılmasına başlanılıb.

Artıq 2013-cü ilin aprelində avtomobil benzinlərinin Dövlət Standartında da 2 saylı dəyişiklik edilmiş, A-95 və A-98 markalı benzinlərin hazırlanması zamanı istifadə ediləcək oksigenatların (oksigen tərkibli karbohidrogenlərin) növləri və miqdarı haqqında normativ məlumatlar verilib. Dəyişikliyə əsasən, bu benzinlərin fərqləndirilməsi üçün hazırda istehsal olunan A-92 markalı benzinin qırmızı rəngdə boyanması həyata keçirilir, gələcəkdə istehsal olunacaq A-98 markalı benzinin isə yaşıl rəngə boyanması nəzərdə tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti