Azərbaycan dili zəngin qrammatik quruluşu və nisbətən məhdud rəqəmsal dil resursları səbəbindən süni intellekt modellərinin öyrədilməsi üçün mürəkkəb dillərdən hesab olunur.
|
| “Azercell Könüllüləri” Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib |
Azercell və AWS-in birgə yaratdığı platforma Azərbaycan dilində daha böyük həcmdə mətnlərin emalı üçün zəmin yaradaraq süni intellekt modellərinin təlim prosesinin səmərəliliyini artırır.
Bu əməkdaşlıq modeli qlobal texnologiya bazarında müşahidə olunan tendensiyanı da əks etdirir. Belə ki, hazırda dünyada telekommunikasiya operatorları və hiperskaler qismində çıxış edən dünyanın aparıcı texnologiya şirkətləri bulud xidmətləri, data analitikası və süni intellekt sahələrində innovasiyaların inkişafını sürətləndirmək üçün səylərini birləşdirirlər.
Azercell üçün bu əməkdaşlıq ənənəvi telekommunikasiya operatorundan texnologiya yönümlü rəqəmsal şirkətə transformasiyasında növbəti mərhələdir.
Qeyd edək ki, Azərbaycan dili üçün süni intellekt həllərinin lokallaşdırılması “Azərbaycan Respublikasının 2025–2028-ci illər üzrə Süni İntellekt Strategiyası”nın əsas prioritetlərindən biri hesab edilir. Yaradılmış texnoloji platforma Azercell-in süni intellekt ekosisteminin inkişafı üçün baza rolunu oynayacaq. Platforma gələcəkdə intellektual virtual köməkçilər, çat-botlar və digər rəqəmsal xidmətlərin inkişafını sürətləndirərək müştəri xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə və istifadəçi təcrübəsinin fərdiləşdirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, Azercell-in Azərbaycan dili üçün süni intellekt texnologiyalarının inkişafına yönəltdiyi investisiyalar şirkətin rəqəmsal potensialını gücləndirməklə yanaşı, ölkənin milli rəqəmsal ekosisteminin və innovasiya mühitinin inkişafına da töhfə verir.







Vaxtında, Aydın, Lazımlı!


