Fidan Seyidşahqızı: Vakant vəzifələrin tutulmasında şəffaflıq əsas prinsipdir
Mətbuat katibi bildirib ki, müsabiqəyə müraciətlər Nazirliyin vahid elektron platforması – Əmək və Məşğulluq Altsistemi (ƏMA) vasitəsilə tam elektronlaşdırılmış qaydada aparılır. Seçim prosesi ümumilikdə iki hissədən ibarətdir və bunun ilk mərhələsini Milli Observatoriyanın Qiymətləndirmə Mərkəzi tərəfindən təşkil edilən imtahan prosesi təşkil edir.
Fidan Seyidşahqızının sözlərinə görə, imtahan mərhələsində namizədlərə 100 dəqiqə vaxt ayrılır. Sualların 70 faizini düzgün cavablandıran şəxslər müvəffəqiyyətli hesab edilərək ikinci — müsahibə mərhələsinə buraxılırlar. Bu mərhələdə qabaqcadan elan olunmuş proqram əsasında namizədlərin bilik səviyyəsi və vəzifəyə uyğunluğu xüsusi üsullarla yoxlanılır.
Açıqlamada həmçinin bəzi namizədlərin ilkin imtahan mərhələsindən azad edildiyi diqqətə çatdırılıb. Sənəd qəbulu zamanı təsdiqedici sənədləri sistemə yüklədikləri halda birbaşa müsahibəyə buraxılan kateqoriyalar aşağıdakılardır:
Elmlər doktoru elmi dərəcəsi olan namizədlər;
Azı 5 il dövlət qulluğu stajı olan dövlət qulluqçuları;
Peşəkar mühasib və tibb sertifikatı olan şəxslər;
“Yüksəliş” müsabiqəsinin finalçıları;
“Gənc Dost” könüllü proqramını “A” sertifikatı ilə bitirən könüllülər.
Qeyd edək ki, mediatur çərçivəsində media nümayəndələri həmçinin Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Cari ilin 5 ayı ərzində Mərkəzdə 2700-dən çox əməkdaş üçün funksional və yumşaq bacarıqlar (soft skills) üzrə 93 mövzuda 140 təlimin təşkil olunduğu, həmçinin əmək bazarının monitorinqi və sosial müdafiə sahəsində aparılan tədqiqatlar barədə məlumat verilib.
S. Həsənova
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


