İşğaldan azad olunmuş ərazilərdəki məzunların sayı açıqlandı

İşğaldan azad olunmuş ərazilərdəki məzunların sayı açıqlandı
  13 İyun 2026    Oxunub:311
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində 2025-2026-cı tədris ilində 6315 şagird məzun adını qazanıb.
Bu barədə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli məlumat verib.

Bildirilib ki, region üzrə fəaliyyət göstərən orta məktəblərdə təhsil alan məzunlar üçün “Son zəng” tədbirləri təşkil olunub. Məzunlar məktəb illərində qazandıqları bilik və bacarıqlarla yeni həyat mərhələsinə qədəm qoyurlar.

Sənan Məsimli qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 18 ümumtəhsil məktəbində də bu il məzun sevinci yaşanıb. Həmin məktəbləri 128 şagird bitirib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri məzunları təbrik edərək onlara gələcək təhsil və peşə fəaliyyətlərində uğurlar arzulayıb, Azərbaycanın inkişafına töhfə verən layiqli vətəndaşlar kimi yetişəcəklərinə inamını ifadə edib.


Teqlər:



Xəbər lenti