Bu 5 qaydanı unutmayın! - Sürücülərə müraciət

Bu 5 qaydanı unutmayın! -    Sürücülərə müraciət
  30 İyun 2026    Oxunub:243
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə növbəti dəfə müraciət ünvanlayıb.
Müraciətdə piyada keçidlərinə yaxınlaşdıqları zaman sürücülərin əməl etməli və diqqətlə yanaşmalı olduqları 5 qayda əks olunub.
1. Əvvəlcə yol nişanlarına diqqət yetirməli;
2. Piyadalar keçidə yaxınlaşan zaman sürət həddini azaltmalı;
3. Sərt əyləcdən istifadə etməməli;
4. Düzgün ara məsafəsi saxlamalı;
5. Dayanmalı və piyadalara yol verməlidirlər.

“Bu qaydalara hər bir sürücü əməl etməlidir. Əks təqdirdə piyada vurulması ilə nəticələnən qəzalar qaçılmaz olacaq”, - deyə müraciətdə vurğulanıb.




Teqlər: Yol-Hərəkəti  



Xəbər lenti