Kostanay icması: Qazaxıstanda Azərbaycanı yaşadanlar

      Kostanay icması:    Qazaxıstanda Azərbaycanı yaşadanlar
  01 İyul 2026    Oxunub:277
Qazaxıstanın Kostanay vilayətində onlarla xalqın nümayəndəsi yaşayır. Azərbaycan icması regionun ictimai həyatında ən fəal birliklərdən biridir. İcmanın fəaliyyəti mədəni təşəbbüsləri, işgüzar əlaqələri və ana dilinin qorunmasını əhatə edir. Kostanay azərbaycanlıları tarixi Vətənlə sıx əlaqə saxlayır, eyni zamanda, regionda etnoslararası həmrəyliyin möhkəmləndirilməsinə töhfə verirlər.

Qazaxıstanda məskunlaşan azərbaycanlılar Azərbaycanla əlaqələrini itirmir və qohum-əqrəbalarını görmək üçün müntəzəm olaraq tarixi Vətənə səfər edirlər. Azərbaycanlılardan ibarət birliklərin əsasən paytaxtlarda fəaliyyət göstərdiyi digər ölkələrdən fərqli olaraq, Qazaxıstanda Azərbaycan evləri və icmaları regionlarda, eləcə də kiçik şəhərlərdə də fəal çalışır.

İcma milli bayramlara həsr olunan mədəni tədbirləri müntəzəm keçirir və bu layihələr müxtəlif etnosların nümayəndələri arasında böyük maraq doğurur. “Bu il “Ən gözəl xonça” müsabiqəsi də uğurlu keçirilib”.


Yerli Dostluq Evindəki Azərbaycan Cəmiyyətinin otağı Kostanay vilayəti azərbaycanlılarının dilinin və mədəniyyətinin qorunmasında mühüm mərkəz rolunu oynayır. Burada Azərbaycan xalqının tarixini, mədəniyyətini və incəsənətini əks etdirən eksponatlar, habelə Qarabağa həsr olunan ədəbiyyat toplanıb.


Cəmiyyətin nəzdində, həmçinin bazar günü məktəbi fəaliyyət göstərir ki, burada da həmvətənlərimiz ana dili ilə bağlı yeni biliklər əldə edirlər.



Teqlər: Kostanay   Diaspor   Qazaxıstan  



Xəbər lenti