Paytaxtın bəzi ərazilərində işıq olmayacaq

Paytaxtın bəzi ərazilərində    işıq olmayacaq
  02 İyul 2026    Oxunub:289
Bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Tağı Şahbazi, İsmayıl bəy Qutqaşınlı, Qızıl Şərq küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Bu barədə "Azərişıq" ASC-dən məlumat verilib.

Eyni saatlarda Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri zamanı fasilə Nizami Abdullayev küçəsini əhatə edəcək.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti