Rusiya və Çin qərbə qarşı kölgə ittifaqı qurur

 Rusiya və Çin qərbə qarşı kölgə ittifaqı qurur
  10 İyul 2026    Oxunub:285
Rusiya və Çin Ukraynadakı müharibə fonunda hərbi əməkdaşlığı daha da genişləndirir, müasir müharibə texnologiyaları, o cümlədən Starlink peyk rabitə sisteminə qarşı tədbirlər üzərində birgə çalışırlar.

Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın Der Spiegel nəşrinin daxili sənədlər, təqdimatlar və Rusiya-Çin arasında keçirilmiş qapalı görüşlərin materialları əsasında hazırladığı araşdırmada bildirilir.

Nəşrin məlumatına görə, 2024-cü ilin dekabrında Yekaterinburqda qapalı formatda Rusiya-Çin Hərbi Texnologiyalar Forumu keçirilib. Tədbirdə hər iki ölkənin müdafiə qurumlarının və müdafiə sənayesinin nümayəndələri ikili təyinatlı texnologiyaların tədarükünü, birgə müdafiə layihələrini və Qərbin hərbi infrastrukturuna qarşı mümkün addımları müzakirə ediblər.

Der Spiegel iddia edir ki, əldə olunan sənədlər Moskva və Pekinin yeni nəsil hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin hazırlanması sahəsində əməkdaşlıq etdiyini, həmçinin Rusiya hərbçilərinin Çin istehsalı olan pilotsuz uçuş aparatlarından istifadəyə hazırlandığını göstərir. Araşdırma müəlliflərinin fikrincə, tərəflər arasında Rusiya döyüş təcrübəsini paylaşan, Çin isə texnoloji və istehsal dəstəyi göstərən əməkdaşlıq modeli formalaşır.

Nəşrin qiymətləndirməsinə görə, Rusiya ilə Çin arasında hərbi əməkdaşlığın dərinləşməsi təkcə Ukraynaya deyil, həm də Avropa və Asiya-Sakit okean regionunda mövcud təhlükəsizlik düzəninə təsir göstərə bilər.



Teqlər:



Xəbər lenti