Macarıstanın baş naziri Peter Madyar Türkiyə və Pakistan liderlərindən aldığı hədiyyələri yumorla müqayisə edib. O, Pakistanın Baş naziri Şahbaz Şərifdən aldığı 90 ədəd manqo hədiyyəsi ilə bağlı etdiyi paylaşımda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zarafatla eyham vuraraq "Hamı silah bağışlamır" yazıb.
Madyar bu sözlərlə Ankarada keçirilən NATO sammitinə işarə edib. Həmin sammitdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan alyansa üzv ölkələrin liderlərinə üzərlərində adları həkk edilmiş Türkiyə istehsalı Sarsılmaz SR-38 markalı revolverlər hədiyyə etmişdi.
Röya Əliyeva