Özəl bağçalarda qiymətlər artacaqmı?

Özəl bağçalarda qiymətlər artacaqmı?
  20 İyul 2026    Oxunub:977
Vəfa Yaqublu yeni qanunun özəl bağçalarda qiymət artımına səbəb olacağı ilə bağlı artan ehtimallara aydınlıq gətirib.
Xəbər verdiyimiz kimi “Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi Qaydası” təsdiq edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu yeni qəbul olunmuş qanunun özəl məktəbəqədər təhsil müəssisələrində qiymət artımına səbəb olub-olmayacağını bazar müəyyən edəcək deyib.

O bildirib ki, özəl müəssisələr xidmət haqqını artırdıqca müsabiqədə qalib olmaq və daha çox uşağı cəlb etmək imkanları azalır.
Bu baxımdan qiymət artımı yüksək olmayacaq.

Direktor müavini qeyd edib ki, qəbul edilən qanun bir tərəfdən dövlət məktəbəqədər təhsil müəssisələrində növbədə gözləyən uşaqların sayının azalmasına, daha çox uşağın məktəbəqədər təhsilə cəlb olunmasına şərait yaradacaq.

Onun sözlərinə görə, digər tərəfdən bu mexanizm özəl məktəbəqədər təhsil müəssisələrinin inkişafına, onların potensialından daha səmərəli istifadə edilməsinə imkan verəcək.

"Bu, həm də yeni iş yerlərinin açılması deməkdir. Tam gücü ilə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə yeni tərbiyəçi-müəllimlərə və dayələrə ehtiyac yaranacaq ki, bu da onların məşğulluğunun təmin olunmasına töhfə verəcək", – deyə Vəfa Yaqublu əlavə edib.




Teqlər:






Xəbər lenti