Araik Arutyunyan istefa verdi

Araik Arutyunyan istefa verdi
  20 İyul 2026    Oxunub:1147
Ermənistanın baş naziri Nikol Paşinyanın aparat rəhbəri Araik Arutyunyan vəzifəsindən ayrılır.
Azvision.az “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, Araik Arutyunyan artıq istefa ərizəsini yazıb. Mətbuatda yayılan xəbərlərdə onun yerinə Ermənistanın ABŞ-də sabiq səfiri, hazırda baş nazirin müşaviri olan Lilit Makuntsun təyin ediləcəyi bildirilir.

Bundan əvvəl Ermənistan KİV-lərində Araik Arutyunyanın həbsdə olan “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyanın yerinə Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti təyin oluna biləcəyi barədə məlumatlar yayılmışdı.

Rəsmi qurumlar hələlik bu xəbərlə bağlı açıqlama verməyiblər.

M. Həsənli
AzVision.az


Teqlər:






Xəbər lenti