6 min manata yaxın pul yığılıb

6 min manata yaxın pul yığılıb
  25 Aprel 2013    Oxunub:1253
“Suriya qaçqınlarına yardımınızı əsirgəməyin” şüarı altında yardım kampaniyasına 25 gün ərzində 5698.50 pul yığılıb.

Aprel ayının 1-dən “Suriya qaçqınlarına yardımınızı əsirgəməyin” şüarı altında yardım kampaniyası başlayıb. AzVision.az xəbər verir ki, kampaniyaya start veriləndən sonra pul köçürülməsinə başlanılıb. Kampaniya başlayandan bu günə kimi 5698.50 vəsait yığılıb. Kampaniya davam edir.

Xatırladaq ki, yardım Türkiyənin Suriya ilə sərhədində çadır şəhərciklərində məskunlaşmış qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulub.

Maddi yardımlar köçürmə yolu ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bank hesablarına və cəmiyyətin rəsmi internet səhifəsindəki “Onlayn ianə” linkinə daxil olaraq birbaşa bank kartlarından köçürülə bilər.

Kampaniya haqda ətraflı məlumat Cəmiyyətin rəsmi internet səhifəsində https://azvision.az/redirect.php?url=http://www.redcrescent.az/az/ yerləşdirilib.

Yardım etmiş hər hansı təşkilat və ya vətəndaşın adı, eləcə də etdiyi ianənin məbləği xüsusi hazırlanmış cədvəldə qeyd olunur.

Kampaniyaya ənənəvi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov qoşulub. Bundan başqa millət vəkilləri Qüdrət Həsənquliyev, Mahir Aslanov, Adil Əliyev və Ərəstun Cavadov da yardım edənlər arasındadılar.

Anar


Teqlər:





Xəbər lenti