Ceki Çanın filmində çəkilmək şansı

   Ceki Çanın filmində çəkilmək şansı
  22 İyul 2026    Oxunub:543
Məşhur aktyor Ceki Çanın iştirak etdiyi “Allahın zirehi 4: Ultimatum” filmində çəkilmək üçün könüllülər axtarılır. Bu barədə Azərbaycan Respublikasının Kino Agentiyi məlumat yayıb.
Beynəlxalq film layihəsində iştirak etmək istəyən könüllülər Azərbaycan, İngilis və Rus dillərini bilməli, məsuliyyətli, diqqətli və operativ olmalıdırlar. Dinamik və intensiv iş mühitində işləmək bacarığı vacibdir. Komanda ilə işləməyə, məxfilik qaydalarına riayət etməyə hazır olmalıdırlar.

Beynəlxalq film layihəsinin bir hissəsi olmaq istəyən şəxlsər [email protected] ünvanına yaza bilərlər.


Teqlər: Kino  






Xəbər lenti