Məzunlara elektron diplomların verilməsinə başlanılıb

Məzunlara elektron diplomların verilməsinə başlanılıb
  22 İyul 2026    Oxunub:601
Azərbaycanda ali təhsil müəssisələrinin məzunlarına elektron diplomların təqdim edilməsinə başlanılıb.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, "Təhsil haqqında" Qanunun 27-ci maddəsinə və Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq qaydalara əsasən, doktorantura istisna olmaqla, təhsilin hər hansı pillə və səviyyəsini başa vuran şəxslərə təhsil haqqında dövlət sənədi "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi"ndə (TMİS) elektron sənəd formasında yaradılaraq təqdim edilir.

Qaydalara uyğun olaraq, artıq Bakı Dövlət Universiteti məzunlarına elektron diplomların verilməsinə başlanılıb.

Bildirilib ki, elektron diplomlar yaxın günlərdə "mygov" rəqəmsal hökumət platformasında və edu.gov.az saytında məzunların istifadəsinə veriləcək.

Hazırda digər ali təhsil müəssisələrində də elektron diplomların təqdim olunması prosesi davam etdirilir.


Teqlər:






Xəbər lenti