NASA Marsa xüsusi missiya göndərir
NASA əvvəllər ABŞ-nin 2040-cı ildən əvvəl Marsa pilotlu missiya təşkil edə biləcəyini bəyan etmişdi.
Kosmik agentliyin məlumatında qeyd edilib ki, NASA mütəxəssisləri “SR-1 Freedom” kimi tanınan nüvə enerjisi ilə işləyən kosmik gəmini minimal əlavə xərclərlə hazırlamağı planlaşdırırlar. Bu prosesin ən son texnoloji avadanlıqların, orbital buraxılış xidmətlərinin və dayandırılmış “Gateway” proqramı çərçivəsində əldə edilən digər aktivlərin istifadəsi ilə həyata keçiriləcəyi gözlənilir.
Proqrama “Gateway” Ay stansiyasının tikintisi də daxildir. NASA “SR-1 Freedom” roverinin hazırlanması və Marsa çatdırılmasına təxminən 2,1 milyard dollar xərcləməyi planlaşdırır.
NASA 2021-ci ildən 2024-cü ilə qədər Marsı araşdırmaq üçün “Ingenuity” helikopterindən istifadə edib. Nəqliyyat vasitəsi “Perseverance” roveri ilə birlikdə Qırmızı planetə 2021-ci ilin fevral ayında çatdırılıb. “Ingenuity” indiyədək 72 uçuş həyata keçirib.
Agentlik qeyd edib ki, təxminən 1,8 kiloqram çəkisi olan kosmik aparatın yaradılması 80 milyon dollara başa gəlib. NASA Marsın əlçatmaz ərazilərini araşdırmaq, planetin səthinin 3D xəritələrini yaratmaq və digər elmi tapşırıqları yerinə yetirmək üçün “Ingenuity”dən uğurla istifadə edib. 2024-cü ilin yanvar ayında NASA mütəxəssisləri helikopterin zədələnməsi səbəbindən onun istifadəsini dayandırdıqlarını açıqlayıblar.







Vaxtında, Aydın, Lazımlı!


