Rusiyali politoloq: “ABŞ Boston terrorundan istifadə edib Azərbaycana gələcək”

Rusiyali politoloq: “ABŞ Boston terrorundan istifadə edib Azərbaycana gələcək”
  25 Aprel 2013    Oxunub:1535
Rusiyalı politoloq, Din və Müasir dünya Siyasəti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Maksim Şevçenko Boston faciəsindən sonra ABŞ-ın hərəkətlərində "Azərbaycan planı" görür.
Onun sözlərinə görə, Boston faciəsinin əsas məqsədi ondan ibarətdir ki, gələn il Əfqanıstandan NATO qoşunlarının çıxarılması başlayacaq və o yol Azərbaycandan keçəcək. Bu terror aktı isə əhəmiyyətli bölmələri orada qanuni şəkildə saxlamağa imkan verəcək.

"Xüsusilə də ABŞ bu hadisədən istifadə edərək, Azərbaycanın şimalında yerləşən, keçmiş sovet hərbi bazası olan, hazırda orada radar qoyub-qoymamaq məsələsi müzakirə olunan Qəbələ stansiyasına əl uzada bilər. İki il bundan əvvəl orada nəqliyyat təyyarələrini qəbul edə bilən nəhəng müasir aerodrom yaradılmışdı. Və mən əminəm ki, onlar “antiterror bölmələri” adı altında Qafqazda, xüsusilə də Azərbaycanda öz hərbi bölmələrini yerləşdirməyə çalışacaqlar. Hesab edirəm ki, bu, Rusiyanın maraqlarına birbaşa təhlükədir. Bu hadisənin uzaqgedən siyasi hədəfləri var idi”- deyə M.Şevçenko qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti