Bina çökdü, 150-dən çox ölən var

Bina çökdü, 150-dən çox ölən var
  25 Aprel 2013    Oxunub:1456
Banqladeşdə iri ticarət mərkəzinin çökməsi faciə ilə nəticələnib.
Paytaxt Dəkkə yaxınlığında baş verən hadisədə 150-dən çox adam ölüb, 700-dən çox banqladeşli yaralanıb. Bildirilir ki, 8 mərtəbəli binada paltar fabrikləri, bank və çox sayda dükanlar fəaliyyət göstərib.

Yalnız 1-ci mərtəbə salamat qalıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, dağıntılar altında 500-dən çox adam olduğu güman edilir.

Buna görə də ölənlərin sayının artacağı istisna deyil. Şahidlər bildirir ki, binada əvvəlcə titrəyiş baş verib. Daha sonra tikili kibrit qutusu kimi aşıb. Ümumiyyətlə, binanın uçması gözlənilən idi. Bina qəzalı vəziyyətdə olsa da binada fəaliyyət göstərən müəssisənin sahibləri hakim dairələrin tələblərinə məhəl qoymayaraq, fəaliyyətlərini davam etdirmək qərarına gəlib. Hazırda hadisə yerində xilasedicilər çalışır. Faciənin baş vermə səbəbləri araşdırılır.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti