`Taxt oyunları`nın acı məğlubiyyəti: `Emmy` mükafatları verildi – FOTOLAR

  26 Avqust 2014    Oxunub : 945
`Taxt oyunları`nın acı məğlubiyyəti: `Emmy` mükafatları verildi – FOTOLAR
Los-Ancelesin “Nokia Theatre” sarayında nüfuzlu televiziya mükafatı olan “Emmy”-nin təqdim olunması mərasimi keçirilib. Bu, sayca 66-cı mərasimdir.

Mərasimin əsas qalibi “Çətinliyə baş vurmaq” (Breaking bad) serialı olub. O, ən yaxşı dramatik serial kimi qələbə qazanıb və bir sıra digər mükafatları alıb.

19 nominasiyada irəli sürülən “Taxt oyunları” (Game of Thrones) serialı isə tam fiaskoya uğrayaraq, heç bir mükafat qazana bilməyib.

“Amerika ailəsi” dalbadal beşinci dəfə ən yaxşı komediya serialı seçilib.

“Böyük patlayış nəzəriyyəsi”ndəki roluna görə Cim Parsons beşinci dəfə ən yaxşı komediant olub.

Culiya Lui-Dreyfus isə “Vitse-prezident” serialındakı roluna görə ən yaxşı qadın komediant mükafatını qazanıb.

Tariyel
AzVision.az

Foto


Teqlər: