Rejissor evinə buraxıldı

Rejissor evinə buraxıldı
  27 Avqust 2014    Oxunub:1779
“Atam indi evə buraxılıb. Ev şəraitində müalicə alır”. Bunu AzVision.az-a bir müddət öncə xəstəxanaya yerləşdirilən rejissor Rövşən Almuradlının oğlu Kamal Almuradlı bildirib.
Onun sözlərinə görə, rejissor hələ fevral ayına qədər ev şəraitində müalicə alacaq: “Həkimlər atama evə getməyə icazə verdilər. Onun müalicəsi hazırda davam edir, anqioqrafiyadan keçib. Qidalanmasına və əsəblərinin yerində olmasına nəzarət edirik. Həkimlər əsəblərinin qorunmasının səhhəti üçün çox vacib olduğunu bildiriblər. Fevral ayından sonra yenidən müayinə olunacaq”.

Qeyd edək ki, rejissor Rövşən Almuradlı kəskin ürək ağrılarından əziyyət çəkdiyi üçün Sumqayıtdakı 2 saylı xəstəxanaya yerləşdirimişdi.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti