Putin Berezovski barədə danışdı

Putin Berezovski barədə danışdı
  25 Aprel 2013    Oxunub:1609
Berezovski Putinə 2 məktub göndərib
Bir müddət öncə qətlə yetirilmiş məşhur biznesmen Boris Berizovski Rusiya prezidenti Vladimir Putinə məlum olduğu kimi bir yox iki məktub yazıb. AzVision.az xəbər verir ki, bu bu haqda Rusiya dövlət başçısı canlı yayımda bildirib.

“Mən bu mövzuda danışmaq istəməzdim. Amma məcburam. Mən Berezovskidən iki məktub almışam. Birinci məktubu fevralda, ikincisini isə az əvvəl almışam”.

Prezidentin sözlərinə görə, məktublarında keçmiş oliqarx əməllərindən peşman olduğunu və Rusiyaya qayıtmaq istədiyini bildirib.

Putin əlavə edib ki, bunun həqiqətə nə dərəcədə uyğun olduğunu müzakirə etməzdən əvvəl məsələnin “hüquqi tərəflərini araşdırmaq lazımdır.

Rusiya Prezidenti birinci məktubu Kremlə Berezovskinin həmkarı, ikinci məktubu isə xarici ölkə vətəndaşın təqdim edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti