Azərbaycanda plov festivalı keçiriləcək

Azərbaycanda plov festivalı keçiriləcək
  29 Avqust 2014    Oxunub:8752
AzVision.az xəbər verir ki, tədbir sentyabr ayının 8-də Lerik rayonunda yerləşən istirahət mərkəzlərindən birində təşkil olunacaq.

Bu festivalda 8 rayon iştirak edəcək və hər bir rayon ən azı 3 növ plov hazırlayacaq.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi və Lerik İcra Hakimiyyəti tərəfindən, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası tərəfindən keçirilir.

Münsiflər heyətində AMKM-in təcrübəli mütəxəssisləri iştirak edəcək. Tədbirin keçirilməsində məqsəd uzun ömür və sağlam həyat tərzinin təbliği, yeməklərin uzun ömürlülüyə təsirinin nümayiş olunması, Azərbaycan plovlarının tanıdılması və təbliği, yeni formalarının aşkar olunması və təcrübə mübadiləsidir.

Qeyd edək ki, plov festival birinci dəfədir ki, keçirilir. Gələcəkdə beynəlxalq səviyyədə festivalın keçirilməsi düşünülür və bunun Lerikdə brend halına gətirilməsi planlaşdırılır. Necəki Şəkidə şirniyyat festival, Qəbələdə mürəbbə və s. digər bölgələrimizdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır.


Teqlər:





Xəbər lenti