Putin Medvedyevə bəraət qazandırdı

Putin Medvedyevə bəraət qazandırdı
  25 Aprel 2013    Oxunub:1602
Rusiya prezidenti Vladimir Putin bugün xalqın suallarını cavablandırıb.
Ənənəvi açıq tribunada, ölkənin dörd bir yanından sual atəşinə tutulan Putin, maraqlı açıqlamaları ilə yadda qalıb. Rusiyada narazılığa səbəb olan Korrupsiya ilə bağlı çıxışında ölkə başçısı kremlin rüşvətə qarşı mübarizəni gücləndirəcəyini bəyan edib. Bununla belə prezident ölkədə yayılan korrupsiyaya görə xalqın ittiham etdiyi baş nazir Dmitri Medvedevin vəzifəsinə də son verməyəcəyini bəyan edib.

Putin hətta mövcud hökumətin fəaliyyətindən olduqca razı qaldığını da gizlətməyib. Boriz Berezovskinin ölümünə də münasibət bildirən Rusiya prezidenti, keçmiş işadamının ölməzdən qabaq ona məktub ünvanladığını təsdiqləyib. Putin onun müəmmalı ölümündə xarici xüsusi xidmət orqanlarının əlinin olduğunu da istisna etməyib.

`Maqnitski Siyahısı`məsələsinə gəlincə Rusiya prezidenti Birləşmiş Ştatları imperiya siyasəti yürütməkdə günahlandırıb.

`ABŞ Cekson Venik düzəlişini ləğv etməyə məcbur oldu. Bu Rusiya ilə soyuq münasibətlərə son qoymaq üçün əhəmiyyətli bir addım idi. Lakin ABŞ Rusiya əleyhinə növbəti akt tərtib etdi. Lakin bütün bunlar nəyə gərəkdi? ABŞ sadəcə olaraq öz hegomonluğunu göstərmək istədi. Vaşinqtonun bu davranışına xarici siyasətdə imperializm deyilir. Biz isə cavab verəcəyimizi əvvəlcədən bildirmişdik....Hər halda əlaqələrimizi yenidən bərpa etməyə çalışacağıq`-deyə Putin qeyd edib.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti