Məşhurların bahalı maşınları: Kim nə sürür?

Məşhurların bahalı maşınları: Kim nə sürür?
  30 Avqust 2014    Oxunub:12948
Bu günlərdə müğənni Nadir Qafarzadə yeni avtomobili ilə yeni müzakirə mövzusu açdı. O, 120 min manatlıq “Maserati” alıb.
Bəs görəsən, başqa sənətçilərin hansı markalı avtomobilləri var?

AzVision.az Aznews.az-a istinadən bildirir ki, xalq artisti Alim Qasımov “Huday Sanata” sürür. O çox da baha olmayan bu avtomobilindən razıdır: “Rahat idarə edirəm. Xoşuma gəlir”.

Əməkdar artist Aybəniz Haşımova isə “Nissan” markalı avtomobil alıb. Özünün dediyinə görə, avtomobili kreditlə alıbmış: “Vallah mənim maşınlardan başım çıxmır. Amma qalmışdım taksilərdə, abrım-həyam getmişdi. Adamın maşını olar da. Axırda dedim ki, yox ey birini almalıyam. Gedib “Nissan” aldım. Düzdür, özüm idarə etmirəm. Qohumlarım hara lazımdırsa aparıb gətirir. Özü də iki aydır ki, kreditini ödəyib qurtarmışam”.

Əməkdar artist Baloğlan Əşrəfov son model “Toyoto Land Curiser” də gəzir: “Bir il var ki, bu maşını aldım. Son modeldi. Özü də nağd qiymətə. Həyatım boyu kredit nədir bilməmişəm. Heç vaxt kreditlə nəsə almamışam, almaram da. Səhv etmirəmsə, bu, oğluma 76 min manata gəlib”.

Əməkdar artist Cavanşir Məmmədovun 1 milyonluq "Rolls Royce”u dəyişmək fikrində deyil. Onun sözlərinə görə belə bir bahalı avtomobili min bir əziyyətlə alıb: “Mən başqaları kimi fonoqram oxuyub maşın almıram. Halal sənətimlə almışam. Sənətimin müqabilində olub hər şey. Maşını özüm idarə edirəm. Özüm sağamsa, niyə başqası mənim maşınımı idarə etməlidir”.

Xalq artisti Bilal Əliyevin avtomobili də, onun nömrəsi də ucuz deyil. O, son model “Volkswagen Touareg” sürür: “Mən son model “Touareg” sürürəm. Nağd almışam. Nömrəsi də 007-dir”.

Müğənni Manaf Ağayev isə idarə etdiyi avtomobili çoxdan aldığını deyir: “Mən “Lexsus” sürürəm. Çoxdan almışam. Mənim kreditlə işim olmaz. Nağd qiymətə almışam.”


Teqlər:  





Xəbər lenti