Çernobıl faciəsindən 27 il ötdü

Çernobıl faciəsindən 27 il ötdü
  26 Aprel 2013    Oxunub:1701
Araşdırmalar zamanı məlum olub ki, ən yüksək doza baxımından ən çox radyoaktiviliyə məruz qalan Avropa ölkəsi Bolqarıstan olub.
Bu gün dünyanın ən böyük fəlakətləri arasında yer alan Çernobıl hadisələrindən 27 il ötür.

AzVision.az-ın məlumatına görə, 1986-cı il aprelin 26-da saat 01:26 radələrində Çernobıl atom elektrik stansiyasının 4-cü enerji blokunda yanğın baş verir və alov 3 bloku bürüyür.

Hadisədən sonra həyat üçün təhlükə kəsb edən radioktiv duman yaranır və 17 milyon insanın yaşadığı 11 rayonun atmosferi zəhərlənir.

Araşdırmalar zamanı məlum olub ki, ən yüksək doza baxımından ən çox radyoaktiviliyə məruz qalan Avropa ölkəsi Bolqarıstan olaraq təyin olunub.

Eyni zamanda, İngiltərənin Uels bölgəsində qəzadan iki həftə sonra müəyyən olunan yüksək radioaktivlik səbəbiylə yaşıl sahələrə qoyun və malların girişi maneə törədilir.

Qeyd edək ki,faciə zamanı 7000-ə yaxın insan həlak olub, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəstliklə üzləşib, on minlərlə insan isə sonsuz qalıb.

Qeyd edək ki, Qara Dəniz ölkələrində xərçəng xəstəliyinin yaranmasında həmin faciə başlıca rol oynayıb.

Hadisənni üstündən iilər keçməsinə baxmayaraq, radiasiyanın fəsadları hələ də Avropada qalmaqdadır. Belə ki, faciədən sonra Çernobılda doğulan uşaların 90 %-də əlillik hallarına rast gəlinir.





Teqlər:  





Xəbər lenti