Qondarma prezidentin Paris görüşləri

  26 Aprel 2013    Oxunub : 565
Qondarma prezidentin Paris görüşləri
Tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyan Fransaya səfər edib.
Fransada səfərdə olan Qondarma Qarabağ Respublikasının prezidenti Bako Saakyan Parisdə bir sıra görüşlər keçirib. Qondarma erməni genosidini Parisin mərkəzindəki xatirə abidəsi qarşısında anan erməni prezident erməni kilsəsinin arxiyepiskopu Norvan Zakaryanla görüşərək Fransadakı erməni diasporunun “Artsax”dan köməyini əsirgəməməyi xahiş edib.

Daha sonra o, Ermənistanın Fransadakı səfiri ilə görüşərək “Qondarma Qarabağla erməni diasporu arasındakı əlaqəni gücləndirməyə və Fransada “Qarabağın problemləri”barədə məlumatları “ədalətli” şəkildə təbliğ etməyə” çağırıb. Saakyan “iki erməni respublikasının” səylərinin birləşdirməsinin olduqca vacib olduğunu bildirib.

Səfər zamanı Bako Saakyanı qondarma respublikanın xarici işlər naziri Karen Mirzoyan, prezidentin mətbuat katibi David Babayan, “Artsax”ı Fransadakı daimi təmsilçisi Ovannes Qevorkyan və digərləri müşayiət edib.

Qeyd edək ki, səfər zamanı onları heç bir Fransa hökuməti rəsmisi qəbul etməyib. Yəni, qondarma prezident və onu müşayiət edənlər sadəcə öz həmyerliləri ilə görüşüblər.

Səbinə Həsənova
AzVision.az

Teqlər: