Çeçenistandan Bostana aparan zəif ideoloji yol

Çeçenistandan Bostana aparan zəif ideoloji yol
  26 Aprel 2013    Oxunub:1233
Yəqin ki, hökümətin Boston terror aktında şübhəli şəxslər kimi Çeçenistan vətəndaşları Tamerlan və Zoxar Tsarnayevləri göstərməsi Putunin üzünü güldürüb. Çox güman ki, Putin çeçenlərin Amerikada törətdiyi terror aktının onun çeçenlərə qarşı qəddar münasibətinə haqq qazadırdığını düşünüb.

Amma əslində əldə olan dəlil və sübutlar bu faktı təsdiq etmir. Sarnayev qardaşları çeçen əsilli olsalar da, onların Moskva ilə müharibə şəraitində olan seperatçı çeçenlərin ideoloji hədəfləri ilə heç bir əlaqələri yoxdur.

Məlum olduğu kimi, böyük qardaş Tamerlan Tsarnayevin radikal dünyagörüşü İslam ekstremistlərin təsiri atında formalaşıb. Görünür, o Çeçenistanın azadlıq arzusundan çox müsəlmanların acınacaqlı vəziyyəti haqqında düşünüb. Rusiya hökümətinin qəddar hərəkətlərində o təkcə çeçenlərin deyil, bütün üsəlmanların acınacaqlı halının yeni sübutunu görüb. Keçmiş bacanağının sözlərini görə, Tamerlanı bütün dünyadakı müsəlmanların məzlum vəziyyətdi narahat edib və dünyanın İslama zorakılıq və qəddarlıq dini kimi baxmasından təəssüflənib.

Çeçen döyüşçüləri arasında təbii ki, radikallaşma var. Amma, onlar Moskva ilə mübarizə aparırlar, Amerika ilə yox. Bu səbəbdən də, Boston terrorçularını çeçen olmaları xəbəri təəccüb doğurur.

Qeyd edək ki, 1990-cı illərdə Sovet İttifaqı dağılanda Çeçenistan Rusiya tərkibindən çıxmağa cəhd göstərmiş və bunun müqabilində Yeltsin onlara qarşı amansız hərbi əməliyyatlara başlamış, bu əməliyyatlar nəticəsində çoxlu sayda döyüşçü və dinc əhali həlak olmuşdur. Nəhayət, 1996-cı ildə iki tərəf arasında sülh müqaviləsi imzalanıb və Rusiya faktiki olaraq Çeçenistana istədikləri müstəqilliyi verib.

Təbii ki, bu müqavilə Rusiya üçün alçaldıcı məğlubiyyət idi və bu məğlubiyyət növbəti Rusiya lideri Putini siyasət səhnəsinə köhnə postsovet iddiaları ilə çıxmağa vadar etdi. 1999-cu ildə ticarət mərkəzində və yaşayış kompleksində baş verən partlayışlar Moskvanı dəhşətə bürüdü : 60-dan çox insan həlak oldu. Bu hadisənin çeçenlərlə əlaqəsi tam sübut olunmasa da, Putin onlarla ikinci müharibəyə başladı. Bu müharibə birincidən də amansız və dəhşətli oldu. Nəticədə Rusiya qalib gəldi.

2002-ci ilin oktyabr ayında Şamil Basayevə sadiq bir qrup döyüşçü Dubrovkada yerləşən teatra hücum edir və 700-ə yaxın tamaşaçını əsir götürür. Rusiya xüsusi xidmət orqanlarının apardığı uğursuz əməliyyat nəticəsində terroçularla birlikdə 130 nəfər əsir də qazdan zəhərlənərək həlak olması ilə nəticələnir.

Daha sonra, Basayev daha bir terror aktı həyata keçirir. Bu dəfə çeçen döyüşçüləri Beslan şəhərindəki 1 nömrəli məktəbi ələ keçirir və 1000-dən çox insanı əsir alır, bunlardan 700-ü azyaşlı uşaqlar olur . Üç gün davam edən mühasirəni Rusiya xalqı böyük həyəcanla izləyirdi. Nəticədə çoxsu uşaq olmaqla 350-dən çox əsir qətlə yetirilir.

Terror aktlarının uzun siyahısı Putinə xalqının dəstəyini qazanmağa və hakimiyyətini möhkəmltməyə imkan verdi. Putinin bu taktikası Çeçenistan əhalisinin əksəriyyətinin və bütün Şimali Qafqazın radikallaşmasına gətirib çıxardı. Çeçen mücahidlərinə Yaxın Şərqdən, eləcə də, Mərkəzi və Cənubi Asiyadan islamçı mücahidlər də qoşuldu. Onlar arasında “Əl-Qaidə” üzvləri də az deyildi.

Moskvanın nəzarəti altında qalan Çeçenistan ölkələrindən kənarda – İraq, Əfqənıstan, Suriya kimi ölkələrdə mübarizələrini davam etdirirlər. Ola bilsin ki, bəzi radikal çeçenlər bu müharibələrdə iştirak ediblər, amma Moskva da öz növbəsində bunu çox şişirdir.

Çeçen mücahidlərinin ideolologiyasını əsasında miliyyətçilik durur. Tamerlan Sarnayevə təsir etməsi güman edilən cihad dünyagörüşü regionda az yayılmayıb. Amma, Tamerlanın görüşlərində Çeçenistanın azadlıq uğrunda mübarizə motivlərinə rast gəlinmir.

Təbii ki, vətənində baş verənlər onun həyatına təsirsiz ötüşməyib. Bütün baş verənlərdən sonra Tsarnayev ailəsi Amerikaya köçüb və sössüz ki, çeçen xalqının vəziyyəti onun müsəlmanların acınacaqlı halı haqqında təsəvvürünü daha gücləndirib.

Boston terroçularının taktikası çeçen mücahidlərinin dəhşətli əməllərini xatırlatsa da, terrorçuların çeçen əsilli olmaları Putinə sevinmək üçün əsas vermir.

Hülya Aslanova
“World Politics Review”




Teqlər:  





Xəbər lenti