İcra hakimiyyəti və səfirliyin fəaliyyəti yoxlanıldı
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiyada, eyni zamanda, dövlət büdcəsindən Qazax Mərkəzi Rayon Xəstəxanası üzrə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, Kürdəmir Rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından və Ağdaş rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin istifadəsinə dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.
AzVision.az