Türkiyədə neft tapıldı

Türkiyədə neft tapıldı
  26 Aprel 2013    Oxunub:2485
Ölkənin cənub-şərqində neft yataqları aşkarlanıb
Türkiyənin cənub-şərqində karbohidratlar axtarışı çərçivəsində həyata keçirilən qazma işlərinin gedişində yeni neft ehtiyatları aşkarlanıb. Bu barədə Türkiyənin TPAO neftqaz korporasiyasının saytı məlumat yayıb.

Tapılmış yataqların neft ehtiyatı barədə hələlik heç nə deyilmir.

Xatırladaq ki, son zamanlar Türkiyə xarici ölkələrin enerji asılılığını minimuma endirmək məqsədi ilə yeni neft yataqlarının axtarışı sahəsində işləri sürətləndirilir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti