Nazirliyin `ulduz` verdiyi otellər - SİYAHI

Nazirliyin `ulduz` verdiyi otellər - SİYAHI
  08 Sentyabr 2014    Oxunub:2189
Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi mehmanxanaların təsnifatını aparır.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Avropanın bir çox ölkələrində tətbiq olunan "HotelStars Criteria 2010-2014" uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" AZS 745-2012 Dövlət Standartına uyğun həyata keçirilir.

2015-ci ildə Bakı şəhərində I Avropa İdman Oyunlarının keçiriləcəyini nəzərə alaraq, bu sahədə müvafiq işlər görülür. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 08.08.2014 - 08.08.2017 müddətinə aşağıdakı mehmanxanalara dərəcə sertifikatları verilmişdir:

1. "JW Marriott Absheron Baku" mehmanxanası (5 ulduz),
2. "Kempinski Hotel Badamdar Baku" mehmanxanası (5 ulduz),
3. "Caspian Sea Resort" mehmanxanası (5 ulduz),
4. "Şah" mehmanxanası (4 ulduz),
5. "Alp İnn" mehmanxanası (4 ulduz),
6. "Emerald" mehmanxanası (4 ulduz),
7. "Viləş Palace" mehmanxanası (4 ulduz),
8. "Meşəbəyi" istirahət mərkəzi (4 ulduz),
9. "Austin Butik" mehmanxanası (3 ulduz),
10. "Arena" mehmanxanası (3 ulduz),
11. "Rigs" mehmanxanası (2 ulduz).


Teqlər:





Xəbər lenti