İraqda gərginlik artıb

İraqda gərginlik artıb
  26 Aprel 2013    Oxunub:2007
Baş naziri Nuri Əl Maliki televiziya vasitəsilə böhranın həlli üçün tərəfləri dialoqa çağırıb
İraqda vəziyyət gərgin olaraq qalır. Etirazçılarla polis arasında baş verən toqquşmalarda ölən və yaralananların sayı artmaqdadır. Təkcə Mosul şəhərində son sutka ərzində 41 nəfər həyatını itirib. Həlak olanlar arasında 31 silahlı və 10 polis əməkdaşı var.

İğtişaşlara səbəb Kərkük şəhərinin yaxınlığında yerləşən Əl Huveyc yaşayış məntəqəsində polisin etiraz aksiyasını dağıdan zamanı 30 nəfərin ölməsi olub. Əl Huveycdəki hadisə aprelin 23-də səhər saatlarında baş verib.

Polisin çadır düşərgəsində baş nazirin apardığı siyasətə qarşı təşkil olunmuş etiraz aksiyasını dağıtmaq cəhdi qarşıdurmalarla nəticələnib. Toqquşmalardan bir müddət sonra hökumət Tikrit və Samara şəhərinlərində komendant saatı elan edib.

İraqın baş naziri Nuri əl Maliki televiziyada çıxış edərək vətəndaşları ölkəni dini vətəndaş müharibəsinə sürükləyənlərin hərəkətinə sakit baxmaqdansa təşəbbüslü olmağa çağırıb.

Səbinə həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti