10 şirkətin qiymətli kağızlar buraxılışı qeydə alınıb

10 şirkətin qiymətli kağızlar buraxılışı qeydə alınıb
  26 Aprel 2013    Oxunub:1657
Aprel ayında QKDK tərəfindən aşağıdakı şirkətlərin qiymətli kağızlar buraxılışı qeydiyyata alınıb.
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin AzVision.az-a verilən məlumata görə, bu günədək QKDK 10 şirkətin qiymətli kağızlar buraxılışını qeydiyyata alıb.

01 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "JOİNT LİZİNQ KOMPANİ" qapalı səhmdar cəmiyyətinin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 200 manat olan 3500 ədəd adi sənədsiz adlı səhmlərinin ilkin buraxılışı AZ1001015218 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

02 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “AGBank” açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1000 AZN olan 12.000 ədəd faizli sənədsiz adlı istiqrazlarının buraxılışı AZ2005000974 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

09 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Ağstafasüd" açıq səhmdar cəmiyyətinin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 100 manat olan 2000 ədəd adi sənədsiz adlı səhmlərinin ilkin buraxılışı AZ1001018915 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

09 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Unibank” açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdirilən hər birinin nominal dəyəri 2,72 AZN olan 1 102 950 ədəd imtiyazlı sənədsiz adlı səhmlərinin buraxılışı AZ3002002021 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

09 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "TBC Bank olmayan kredit təşkilatı” məhdud məsuliyyətli cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 10000 AZN olan 200 ədəd faizli sənədsiz adlı istiqrazlarının buraxılışı AZ2001019168 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

11 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” törəmə açıq səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 2 AZN olan 426 729 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001002901 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

19 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Paşa Bank" Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 17800 manat olan 10000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1009006623 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Səhmlər "Paşa Bank" Açıq Səhmdar Cəmiyyətinin qeydiyyat nömrəsi AZ1008006624 və hər birinin nominal dəyəri 15700 manat olan 10000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

19 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Era Trans Sığorta" Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 1900 manat olan 3000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1006008549 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Səhmlər "Era Trans Sığorta" Açıq Səhmdar Cəmiyyətinin qeydiyyat nömrəsi AZ1005008540 və hər birinin nominal dəyəri 1756 manat olan 3000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

19 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "QARANT SIĞORTA" Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 1250 manat olan 4000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1002008485 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Səhmlər "QARANT SIĞORTA" Açıq Səhmdar Cəmiyyətinin qeydiyyat nömrəsi AZ1001008486 və hər birinin nominal dəyəri 1000 manat olan 4000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

25 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Bank Silk Vey” Açıq Səhmdar Cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 138 manat olan 170590 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1004000464 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti