Azərbaycanlı tələbə PKK hücumuna məruz qaldı

Azərbaycanlı tələbə PKK hücumuna məruz qaldı
  27 Aprel 2013    Oxunub:1285
Dünən saat 16:30-da Türkiyənin Anadolu Universitetinin həyətində futbol oynayan tələbələrə PKK-lılar hücum edib.
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Türk Dünyası Tələbələr Birliyinin tələbələri universitetin həyətində futbol oynayarkən PKK-lılar 5 tələbənin üzərinə hücum edərək, onları döyüblər. Məlumata görə, PKK tərəfdarı olan qrup üzvləri “Kürdüstanda türklərə və faşizmə yer yox, Kürdüsdandan türkləri və faşizmi qovacağıq” şüarını deyiblər.

Bunun üzərindən bir saat keçdikdən sonra isə, 80 nəfərdən ibarət PKK-lılar əllərində dəmir və taxta dəyənəklərlə eyni şüarları səsləndirirək Türk Dünyasından olan tələbələrin üzərinə hücum ediblər. 13 tələbə hazırda xəstəxanada müalicə alır. Onların bəzilərinin çənəsi qırılıb, bir neçəsinin başı yarılıb, digərləri isə bədənlərindən xəsarət alıblar. Onların arasında azərbaycanlı olduğu da bildirilir. Məlumata görə, azərbaycanlı Musa Əliyev, ahıskalı Abuzər Sülleyev, Qurban Şabanov, qazaxıstanlı Dastan Taşbayev, qırğızıstanlı Fikrət Teyfirov, krımlı İbrahim Əlicinov yaralanıblar. Onlardan başqa Türk Dünyasından səkkiz tələbənin də yaralı olduğu bildirilir.

Məsələ ilə bağlı hazırda Türkiyə hüquq-mühafizə orqanlarında araşdırma gedir. Bildirilir ki, hadisəni törədən şəxslərin kimlikləri artıq müəyyənləşib.

Qeyd olunur ki, hadisə vaxtı universitet mühafizəkarları tərəfindən olaya müdaxilə olunmayıb, çevik alayı universitetə gəlsə də, rektor onları universitetə buraxmayıb.


Teqlər:  





Xəbər lenti