Konqresmen Xocalı Soyqırımını tanımağa çağırıb

Konqresmen Xocalı Soyqırımını tanımağa çağırıb
  27 Aprel 2013    Oxunub:873
Quam adasının ABŞ Konqresindəki təmsilçisi 20 Yanvar faciəsi və Xocalı soyqırımı ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycanın birləşmiş Ştatlardakı səfirliyindən verilən məlumata görə Quam adasının təmsilçisi Madlen Bordallo Konqresdə 20 yanvar faciəsi və Xocalı Soyqırımına görə erməniləri ittiham edən bəyanatla çıxış edib.

Çıxışı zamanı Madlen Bordallo bəyan edib ki, 20 yanvar faciəsi Azərbaycan xalqını ayağa qaldırdı. Bunun nəticəsi olaraq Azərbaycan müstəqillik qazandı.

Xocalı faciəsindən danışan Madlen Bordallo azərbaycanlıların kütləvi şəkildə qətlə yetirildiklərini xüsusilə vurğulayıb.
“Hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Xocalıda dinc azərbaycanlılar kütləvi şəkildə soyqırıma məruz qalıb” –deyə konqresmen soyqırımı tanımağa çağırıb.

“Xocalı tamamilə dağıdılıb. 613 nəfər, o cümlədən 106 qadın və 83 uşaq qətlə yetirilib. 1275 nəfər əsir götürülüb,150 nəfər itkin düşüb, 487 nəfər isə əlil olub.

Human Rights Watch, eləcə də digər beynəlxalq təşkilatlar qətliamda Ermənistan silahlı qüvvələri ilə yanaşı Sovet Ordusunun 366-cı atıcı alayının da iştirak etdiyini təsdiqləyib”.

Quam adasının nümayəndəsi həmçinin qeyd edib ki, Cənubi-Qafqaz regionu ABŞ üçün mühüm strateji əhəmiyyət kəsb edir. Bu baxımdan Azərbaycan Amerikanın regiondakı ən güclü müttəfiqidir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti