Avropada minarədən ilk azan oxundu - VİDEO

Avropada minarədən ilk azan oxundu - VİDEO
  27 Aprel 2013    Oxunub:1387
Stokholmdakı məscidlərdən birində səsgücləndirici ilə oxunan azan yerlilər tərəfindən böyük maraqla qarşılanıb
İsveçin paytaxtı Stokholmdakı məscidlərdən birində səsgücləndirici ilə minarədən azan oxunub. “Fittja” məscidində oxunan azan yerli sakinlər və mətbuat nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, “Fittja” məscidində sadəcə cümə günləri azan oxunması üçün müraciət Botkyrka bələdiyyə məclisi tərəfindən müsbət qarşılanıb. Bundan sonra yerli polis bölməsi əməkdaşlarının məsciddə keçirdiyi texniki araşdırmadan sonra bələdiyyənin bu qərarı təsdiqlənib.

Qeyd edək ki, minarədən səsgücləndirici ilə azan oxunacağını eşidən bir çox yerli mətbuat nümayəndəsi məscidin həyətində bu anı gözləyib, bəzi telekanallar isə azanın verilməsini birbaşa yayımlayıb.




Teqlər:





Xəbər lenti