Moskvada iki azərbaycanlı güllələndi

Moskvada iki azərbaycanlı güllələndi
  27 Aprel 2013    Oxunub:1293
Rusiyada iki azərbaycanlı odlu silahdan açılan atəş nəticəsində ağır yaralanıb.
Rusiya daxili işlər Nazirliyinin yerli mətbuat xidmətindən verilən məlumata görə, “Moskva vaxtilə gecə saat 2 radələrində iki Azərbaycanlı yerli xəstəxanalardan birinə müraciət edib. Müayinə zamanı onların odlu silahdan açılan atəş nəticəsində yaralandıqları məlum olub”.

Yaralıların söylədiklərinə görə yoldan ötən avtomobildən naməlum şəxslər onlara atəş açaraq qaçıb.

Polis artıq onların avtomobilini tapıb. Lakin cinayətkarların axtarışları hələ davam edir. Yaralanmış soydaşlarımızın vəziyyəti barədə isə məlumat verilmir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti