İqtisadçı Vüqar Bayramov İsmayıllı rayonuna yeni təyin olunmuş icra başçısı Mirdaməd Sadıqovu xarakterizə edib.
AzVision.az-ın məlumatına görə, Vüqar Bayramovun yeni icra başçısı ilə dostluq münasibətləri var. Belə ki, iqtisadçı alim facebook profilində İsmayıllının yeni başçısı barədə bunları yazıb: “Mirdaməd Sadıqovun İsmayıllı rayon icra hakimiyyətinin başçısı təyin edilməsi kifayət qədər müsbət hadisə və yerli idarəetmədə dəyişikliklər baxımdan pozitiv mesajdır. Mirdaməd müəllim ilə bir neçə il öncə İqtisad Universitetinin Maliyyə kafedrasında bir neçə il çalışmışıq. Onu hər zaman təhsilin və eləcə də təhsilli insanları dəstəkləyən bir insan kimi xatırlayıram. Mirdaməd müəllimin Aqrar Universitetdə fəaliyyəti barədə orada çalışan müəllim həmkarlarımız zaman-zaman pozitiv notda danışırdılar. Məhz bunlara görə də, inanıram ki, bu təyinatdan ən çox qazanan ismayıllılar olacaq”.